Britaniya baş naziri istefa verib

24 İyun 2016 12:00 (UTC+04:00)

Böyük Britaniya baş naziri Devid Kemeron istefa verib.

Movqe.az-ın məlumatına görə, o bunu canlı yayında xalqa müraciəti zamanı deyib.

 

O bildirib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir.

 

Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən Kemeron növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumda əksəriyyət ölkənin Avropa İttifaqından ayrılmasına səs verib. /apa/