Müdafiə nazirinin sabiq müavini apellyasiya şikayəti verib

24 İyun 2016 12:30 (UTC+04:00)

Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

 

Movqe.az-ıın məlumatına görə, şikayətə yaxın günlərdə baxılacaq. O, şikayətində bəraət hökmü çıxarılmasını istəyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib./apa/