“Neftçi” daha bir xorvatiyalı futbolçu

24 İyun 2016 12:52 (UTC+04:00)

"Neftçi" daha bir xorvatiyalı legioner transfer edib.

Movqe.az goal.az-a istinadən   xəbər verir ki, "ağ-qaralar" xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb.


Peşəkar karyerasına Xorvatiyanın "Zadar" klubunda başlamış qapıçı daha sonra "Seqesta", "Moslavina", "İnter" (Zapreşiç) kimi klubların formasını geyinib. 2013-2015-cı illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı "Zarya" klubunun şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin "Enosis" klubunda çıxış edib.