Üç ölkənin genetikləri ölümdən sonrakı həyatı sübut edib

24 İyun 2016 13:00 (UTC+04:00)

Bir qrup alim sübut edib ki, ölümündən sonra da insanın genləri yaşayır.

Movqe.az  "FAN" nəşrinə istinadla xəbər verir ki, Şimali Amerika, Xorvatiya və Almaniyadan olan alimlər Vaşinqton Universitetinin nümayəndələri Aleksandr Pojitkov və Piter Noblenin rəhbərliyi ilə müəyyən edib ki, fəal genlər insanın ölümündən sonra iki gün aktiv qalır.


Beləliklə, bioloji ölüm hələ 48-96 saat insanın faktiki ölümü sayıla bilməz. Ekspertlər qeyd edir ki, genlərin aktivliyinin müddəti ölümün növündən asılıdır. Məsələn, qəfil ölümdən sonra genlərin aktivliyi on iki saat qısalır. Alimlərin sözlərinə görə, genlərin bir müddət yaşaması təkcə insanlarda deyil, laboratoriya siçanları və ayrı-ayrı balıq növlərində də müəyyən edilib.