Azərbaycanda avtomobil ehtiyat hissələri bazarı düzgün formalaşmayıb

24 İyun 2016 14:30 (UTC+04:00)

Azərbaycanda yol qəzalarından sonra avtomobil nəqliyyatı vasitələrinin təmiri zamanı artıq keçmişdə işlədilmiş ehtiyat hissələrindən istifadə olunur.


Movqe.az-ın məlumatına görə, bunu "Audatex Azerbaijan" şirkətinin rəhbəri Zakir Kərimzadə VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) çıxış edərkən deyib.


Onun sözlərinə görə, bu, şirkətin Azərbaycanda fəaliyyəti ərzində üzləşdiyi əsas problemlərdən biridir.


Z.Kərimzadə qeyd edib ki, Azərbaycanın avtomobil parkının orta hesabla yaşı 14 ilə çatır: "Buna görə də bir çox sığorta şirkətləri nəqliyat vasitələrinin təmiri zamanı keçmişdə işlədilmiş ehtiyat hissələrindən istifadə edirlər. Bu, Azərbaycanın ehtiyat hissələri bazarının düzgün formalaşmamasının nəticəsidir".