Rabitə və yüksək texnologiyalar nazirinin I müavini təyin edilib

24 İyun 2016 14:45 (UTC+04:00)

Əli Abdullayev rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.


Movqe.az-ın məlumatına görə, Ə.Abdullayev bundan əvvəl nazirliyin Aparatına rəhbərlik edib.


O, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsində Hərracların Təşkili üzrə Auksion Mərkəzinin rəhbəri olub. Eyni zamanda Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib.