Sevgilisini döydü və videoya çəkdi - VİDEO

24 İyun 2016 19:30 (UTC+04:00)

Sosial şəbəkələrdə sevgilisini döyən oğlanın videosu müzakirələrə səbəb olub. Movqe.az baku.ws-ə istinadən bildirir ki, gənc oğlan sevgilisinin ona xəyanət etdiyini əsas gətirərək döyüb. Sevgilisini döydüyü anları videoya çəkən oğlanın bu hərəkəti birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri onun qıza qarşı zorakılıq etdiyini, bunun qanuna zidd olduğunu yazıblar. İstifadəçilər "Xəyanət edib, ayrıl", "Xəyanət etsə belə, onu döyməyə haqqın yoxdur", "Qafqazlı kişilər həmişə vəhşi olublar" kimi şərhlər yazıblar. Qeyd edək ki, hadisə Dağıstanda qeydə alınıb.