Ramazan bayramında iki gün iş olmayacaq

24 İyun 2016 15:16 (UTC+04:00)

 İyul ayında qeyd olunacaq Ramazan bayramında 2 gün qeyri-iş günü olacaq.

 

Movqe.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əksini tapıb.

 

Qərara əsasən iyulun 6 və 7-si Ramazan bayramıdır.

 

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.