İŞİD 900-dən çox sakini oğurladı

24 İyun 2016 21:00 (UTC+04:00)

İŞİD terror qruplaşması Hələbdə xeyli sayda dinc sakini oğurlayıb.


Movqe.az qafqazinfo-ya istinadən bildirir ki, terrorçular Əl-Bab və Mənbic şəhərləri yaxınlığında bir neçə kəndə hücum ediblər. Onlar basqın zamanı 900-dən çox sakini oğurlayıblar. Məlumata görə, dəstə üzvləri girov götürdüyü şəxslərin bəziləridən canlı sipər kimi istifadə ediblər.