Nazirlik xəstənin sağ ayağının səhvən kəsilməsi ilə bağlı araşdırmaya başladı

24 İyun 2016 15:47 (UTC+04:00)

Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.


Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Eyni zamanda, məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır: "Həm Səhiyyə Nazirliyinin tibbi ekspertizasının, həm də hüquq-mühafizə orqanının araşdırmasının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək".


Xatırladaq ki, Tərlan Əliyevanın sol ayağının kəsilməsi üçün diaqnoz qoyulub. Lakin xəstəxananın cərrah həkimi Valeh Kərimov xəstənin səhvən sağ ayağını kəsib.