“Səs Azərbaycan”ın qalibi ukraynalı fotoqrafın gözündə... - FOTOLENT

24 İyun 2016 17:00 (UTC+04:00)

"Səs Azərbaycan" yarışmasının qalibi Emiliya Yaqubova yeni foto-layihəsini təqdim edib.Movqe.az-ın məlumatına görə, Emiliyanın fotolarını məşhur ukraynalı fotoqraf Dima Romas tərəfindən çəkilib. Bu barədə müğənni ilə yeni əməkdaşlığa başlayan prodüser Nigar Hacızadə məlumat verib. Prodüser bildirib ki, gənc müğənninin səhnə obrazı və repertuarı üzərində iş gedir: "Hazırda o və komandası yaradıcılıq axtarışlarındadır — gənc ifaçının səhnə obrazı və repertuarı üzərində iş gedir. Emiliyanın məşhur ukraynalı fotoqraf Dima Romas tərəfindən çəkilmiş fotosessiyası məhz bu axtarışların nəticəsidir. İlk peşəkar fotosessiyasını eksperimental adlandırmaq olar".

 

N.Hacıyeva onu da qeyd edib ki, Emiliyanı genişmiqyaslı bir layihəyə cəlb etmək arzusundadır./lent.az/