Bu timsah görənləri şok etdi - FOTOLAR

25 İyun 2016 11:30 (UTC+04:00)
Ovlanma bölgələrindən birində tutulan nəhəng timsahın internetdə yayılan fotoları görənləri heyrətə saldı

İngiltərədə yaşayan Zimbabve əsilli bir nəfərin sosial şəbəkədəki paylaşımı, beynəlxalq mətbuatda səs salıb.
Movqe.az  xəbər verir ki, fotoşəkili paylaşan Clayton Saudade, ürküdücü timsahı harada tutmaları ilə bağlı ipucu verməyib.

Fotodakı timsahın ölçüləri görənləri dəhşətə gətirib. Çənə hissəsindən ağacın budağına bağlanaraq uzadılan "canavarın" boyu, bir-birinin çiyininə çıxan üç kişinin boyuna bərabərdir.

Sosial mediada qısa müddətdə yayılan bu şəkil, minlərlə adam tərəfindən paylaşılıb./bizimyol.info/ 

Bu timsah görənləri şok etdi - FOTOLAR
Bu timsah görənləri şok etdi - FOTOLAR