"Galatasaray"ın şikayəti təmin olunmayıb

24 İyun 2016 17:50 (UTC+04:00)

İdman Arbitraj Məhkəməsi (CAS) "Galatasaray"ın apellyasiya şikayətini təmin etməyib.Movqe.az Goal.az-a itinadən  xəbər verir ki, bununla da "sarı qırmızılar"ın növbəti mövsüm Türkiyəni Avropa Liqasında təmsil etmək istəyi baş tutmayacaq. Qeyd edək ki, mart ayında "Galatasaray" qarşıdakı 2 ildə Avrokuboklarda iştirak hüququndan məhrum edilmişdi. Bu sanksiya "Maliyyə fair play" qaydasının pozulmasına görə tətbiq olunub.