Tovuzda 3 yaşlı uşağın üstünə qaynar su tökülüb

24 İyun 2016 18:30 (UTC+04:00)

Tovuzda 3 yaşlı oğlan uşağı yanıb.


Movqe.az trend-ə istinadən məlumat verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.


Səhər saatlarında valideynlərinin gözündən yayınan Cəsur Əhmədli üzərinə qaynar su töküb. Azyaşlının hər iki ayağı yanıb.


Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan C.Əhmədliyə ilkin yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.