ABŞ-da daşqınlar nəticəsində 14 nəfər ölüb

25 İyun 2016 17:00 (UTC+04:00)

ABŞ-ın Qərbi Virciniya ştatında daşqınlar nəticəsində 14 nəfər ölüb. 

Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Erl Rey Tomblin mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ştat ərazisində axtarış işləri davam etdirilir. 

Daşqınlara leysan yağışları səbəb olub.