Çağla Şikeldən oğullarına qadağa
25 İyun 2016 21:00 (UTC+04:00)
Türkiyəli model Çağla Şikel oğulları Uzay və
Kuzeyə qoyduğu qadağaları sadalayıb.
Movqe.az-ın xarici KİV-ə istinadən xəbərinə
görə, "Mənim uşaqlarım nə gəldi yeyə bilməz" deyən Çağla siyahıya
belə davam edib:
"Mənim uşaqlarım qazlı, soyuq sular və
çay içmir.
Şəkər, çips, adi şokoladlar
yemirlər.
Başqa uşaqlar bunları yeyirlər və digər
balacaların niyə belə xırda amillər qəbul etmədiyini başa düşmək
istəmirlər. Ona görə də getdikləri ad günü
partilərində belə şeylərə icazə
verirəm.
Əgər uşaqlarım bunları çox istəyərsə, onda
onlara bir şans verirəm: ümumi 5 ədəd belə yeyəcək seçə bilərlər.
Doyunca yeyirlər və başqa günlər ürəkləri
istəmir".
Qeyd edək ki, Çağla müğənni Emre Altuğla
ailəli olub. Modelin övladları da bu evlilikdən dünyaya
gəlib.