Məşhur yazıçı: "Qadınımı verərəm, amma avtomobilimi əsla..."

25 İyun 2016 22:00 (UTC+04:00)
Amerikalı yazıçı və şair Çarlz Bukovskinin ilham mənbəyi bir-birindən gözəl qadınlar olub. Onun yaradıcılığının əsas mövzusunu da elə qadınlar təşkil edir.

Movqe.az  məşhur yazıçının qadınlar barədə dediyi məşhur ifadələrini təqdim edir.

"Qadınlara yalan söyləməkdən çəkinməyin. Yetər ki, onlar üçün dediyini bilsinlər".

"Qadınımı borca al, amma avtomobilmi əsla".

"Hər ay qanayan, lakin ölməyən canlıya etibar etmək olmaz".

"Hər qadın fərqlidir. Əslində, onlar yaşı ilə pisin qarışığıdır. Həm sehrli, həm də dəhşətli... Necə olmalarından asılı olmayaraq, mövcud olduqlarından məmnunam".

"Kişilər futbol matçı izləyəndə, pivə içəndə, ya da boulinq oynayanda qadınlar onları bağışlayıb-bağışlamamaq, tərk etmək, ya da öldürüb-öldürməmək barədə düşünür, bu barədə dəfələrlə qərarlar verib, sonra isə fikirlərini dəyişirlər".

"Hıçqıra-hıçqıra ağlayan bir qadının göz yaşları onu ağladan adamın başına gələcəkdə gələn hadisələrin altına atılacaq imzadır".

"Qarşınıza yaxşı qadın çıxmasını gözləməyin, çünki yaxşı qadın deyilən məxluq yoxdur!"

"Qadınlar sizi sevə bilər. Lakin bir müddət sonra onlara nə isə olur, onda sizin öldüyünüzü izləmək, maşınla sizi əzib sifətinizə tüpürmək istəyirlər".

"Gözəl fikirlər və gözəl qadınlar qalıcı deyildirlər".

"Kişi uğursuz olmaq üçün yaradılıb, qadın isə geridə qalan məsələlər üçün..."

"Bəsit kişi "Hamıdan gözəlsən" deməklə kifayətlənir. Bəsit qadın buna inanır, çətin xarakterli, ağıllı qadın isə gülüb keçir".

"Əsl qadınlar kişinin ruhunu da ələ keçirmək istəyir, bu səbəbdən də mən fahişələri sevirəm".

"Bir qadın kürəyini sizə çeviribsə, o qadını unudun".

"Kişi qadına yumruq atırsa, kişi günahkardır, qadın kişiyə yumruq atırsa günahkar yenə də kişidir".Publika.az