Mark Zükerberqin SİRRİ AÇILDI: Milyonları şok edən FOTO
26 İyun 2016 14:00 (UTC+04:00)
"Facebook"un qurucusu Mark Zükerberq "Instagram"ın
500 milyon istifadəçi sayına çatması münasibətilə ofisdəki öz
masasında çəkilmiş fotonu paylaşıb.
Movqe.az xəbər
verir ki, ilk baxışda fotoda heç bir qeyri-adilik nəzərə çarpmır.
Ancaq daha diqqətli baxanda bu foto Markın böyük bir sirrini açır.
Məlum olur ki, Mark kompüterinin kamera və mikrofon girişini qara
lentlə bantlayıb.
Mütəxəssislər bildirirlər ki, bu haker
şantajlarına qarşı alınan tədbirdir. Hakerlərin kompüterlərin
kamera və mikrofonlarını ələ keçirərək insanları izləyib dinləyə
bildikləri illərdir ki, bilinir. Guya "Mac" kompüterlərində kamera
qeydə almağa başlayanda aktiv olan kiçik bir lampa var. Ancaq
2013-cü ildə FBİ (ABŞ-ın Federal Təhqiqatlar Mərkəzi) bu lampanı
aktiv hala salmadan kameraları uzaqdan idarə etməyin mümkün
olduğunu açıqlayıb. Hətta FBİ müdiri Ceyms Komi konferansların
birində "kompüterimin, telefonumun kamerasına lent yapışdırıram.
Çünki məndən daha ağıllı birinin bunu etdiyini görmüşəm", -
deyib.
Bir çox insan fikirləşir ki, "mən terrorçu və ya
təhlükəli qatil deyiləm. FBİ məni neynir ki?". Ancaq bu yanaşma düz
deyil. Çünki eyni üsulla hakerlər sizin haqqınızda bir çox məlumat
və görüntü əldə edə bilərlər. Ən qorxulusu isə bu məlumatlarla sizi
şantaj edə bilərlər.
Xatırladaq ki, 2014-cü ildə "Facebook"
telefonların mikrofonu sayəsində istifadəçilərin gündəlik
danışıqlarını dinlədiklərini, onların sevimli musiqilərini,
televiziya verilişlərini müəyyənləşdirə bildiklərini etiraf
etmişdi. Deyilənə görə, "Facebook" bu məlumatları reklam
şirkətlərinə satır.
Markın bütün bu qalmaqalları təkrar gündəmə
gətirən fotosunu təqdim edir:
Publika.az