"Baxımlı futbolla qələbə qazanmaq hər zaman mümkün deyil"

26 İyun 2016 17:30 (UTC+04:00)

AVRO-2016-da qrup mərhələsini çətinliklə keçən Portuqaliya artıq 1/4 finaldadır. Ronaldonun komandası Xorvatiyanı 117-ci dəqiqədə vurulan qolla mübarizədən kənarlaşdırıb yoluna davam edir. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, portuqalların baş məşqçisi Fernandu Santuş uğurun onların tərəfində olduğunu gizlətməyib.


"Bu, taktiki qrşıdurma idi. Oyuna nəzarəti ələ almaq istədik, amma xorvatlar imkan vermədi. Sonra onlar tam üstünlüyü ələ almağa çalışdı. Bu dəfə biz imkan vermədik. Bu oyunun çətin keçəcəyi öncədən məlum idi. Matça yaxşı hazırlaşıb rəqibin güclü tərəflərini öyrənmişdik. Onlara əks-hücum imkanı yaratmadıq. Hücumda vəziyyəti düzəltmək lazımdır. Bəzən praqmatik oynamaq lazımdır. Baxımlı oyun göstərmək gözəldir. Amma bununla qələbə qazanmaq həmişə mümkün olmur. Şans bizim tərəfimizdə idi. İndi Polşa ilə oyunu gözləyirik".