Şəmkirdə bələdiyyəyə məxsus ərazidə yanğın olub

26 İyun 2016 20:30 (UTC+04:00)

əmkir rayonu, Zəyəm Cırdaxan kəndində bələdiyyəyə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi və 20 ha sahədə quru ot yanıb. 

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ərazidə olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.