Generallar Şəhidlər Xiyabanında - FOTO

26 İyun 2016 20:00 (UTC+04:00)

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.


Movqe.az  Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.


Sonra nazirliyin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib. Şəhidlərin məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.


Generallar Şəhidlər Xiyabanında - FOTO