Ağcabədidə "Qrad" raketinin döyüş başlığı tapılıb (FOTO)

27 İyun 2016 10:30 (UTC+04:00)

Ağcabədi rayonunda "Qrad" raketinin döyüş başlığı tapılıb.


Bu barədə Movqe.az-a  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.


Ağcabədi rayonu


Minəxorlu kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) döyüş başlığı) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 3 000 kv. m ərazi yoxlanılıb.


Muğanlı kəndi - Qar-Qar çayı sahilində 1 ədəd partlamamış hərbi sursat (BK14-M 125 mm-lik tank mərmisi) aşkar olunub, mərminin daşınması mümkün olmadığı üçün partlayış yolu ilə məhv edilib, nəticə etibarı ilə 12 000 kv. m ərazi yoxlanılıb.


Cəmi: 1 əkin sahəsi və çay sahili, 1 partlayış yeri və 1 təhlükəli əraziyə baxış keçrilmiş, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) döyüş başlığı və 125 mm-lik tank mərmisi) aşkar edilmiş, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılıb.


26 İyun tarixində 1 əkin sahəsinə və çay sahilinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) döyüş başlığı və BK14-M 125 mm-lik tank mərmisi) aşkar olunmuşdur. Mərminin daşınması mümkün olmadığı üçün yerində partlayış yolu ilə məhv edilib.


Gün ərzində 15 000 kv. m ərazi təmizlənib.


Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 26 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 551 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.


Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.