İrem Derici yeni sevgilisi haqda ilk dəfə danışdı

27 İyun 2016 11:30 (UTC+04:00)

Müğənni İrem Derici yeni sevgilisi Lider Şahin haqda ilk dəfə açıqlama verib.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dostlarıyla kafedən çıxarkən görüntülənən müğənni sevgilisi ilə yeni qayıtdığı tətil haqda danışıb:


"Çox gözəl keçdi. Çoxlu dostumuz vardı yanımızda. Yorulduq bir az, amma çox əyləndik. Maşallah, münasibətimiz çox gözəl gedir".


İ.Derici L.Şahinin ailəsinin onu istəməməsi haqda yazılanlar haqda isə deyib:


"Qarşı tərəfi çox darıxdırdınız. Belə bir şey yoxdur. Çox şişirtdilər. İnsanların üstünə bu qədər getməzlər. Hər kəsin kefi yerindədir".