Bakıda qadın 4-cü mərtəbədən yıxılıb öldü

27 İyun 2016 15:00 (UTC+04:00)

Bakıda qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.


Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Gültəkin Səfərova evlərinin eyvanından (4-cü mərtəbə) ehtiyatsızlıqdan yıxılıb.


Xəstəxanaya yerləşdirilmiş G.Səfərova orada ölüb.


Araşdırma aparılır.