XİN: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini arzulayır

27 İyun 2016 15:15 (UTC+04:00)

Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bütün tələblərinə cavab verəcək şəkildə tezliklə həllini arzu edir.


Movqe.az xəbər verir ki, bunu Trend-ə Türkiyə Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş direktoru Basat Öztürk deyib.


Onun sözlərinə görə, bu məsələdə Türkiyənin mövqeyi aydındır: "Biz həmişə Azərbaycanın yanındayıq və bu, tam və həqiqi dəstəkdir".


B.Öztürk qeyd edib ki, münaqişənin həlli bütün regiona fayda verəcək: "Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü müsbət amildir".