ATƏT sədri Azərbaycana gəlir

27 İyun 2016 16:30 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-da Bakıya səfər edəcək.


Bunu diplomatik mənbələrdən deyiblər.


ATƏT sədri səfəri zamanı ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əlaqələri müzakirə edəcək.


Onun Gürcüstan və Ermənistana da səfəri gözlənilir./trend/