"Bergüzarla eyni seriala çəkiləcəyim üçün xoşbəxtəm" - Halit Ergenç

27 İyun 2016 17:00 (UTC+04:00)

Bergüzar Korel və Halit Ergenç cütlüyü yeni mövsümə birgə istirahət edərək hazırlaşırlar.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, oğulları Ali ilə ticarət mərkəzlərindən birində görünən ikili tətil üçün alış-veriş edib. Yeni mövsümdən etibarən "Vatan haini" adlı serialda tərəf müqabili olacaq cütlük açıqlama da verib.

 

H.Ergenç çəkilişləri avqustda başlayacaq serial üçün "Bergüzarla eyni seriala çəkiləcəyim üçün xoşbəxtəm" deyib.