Rusiya Minsk qrupunun həmsədr ölkələrini Sankt Peterburq görüşü barədə məlumatlandıracaq

27 İyun 2016 17:30 (UTC+04:00)

Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrini - ABŞ və Fransanı RF Prezidenti Vladimir Putinin Sankt Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünün nəticələri barədə məlumatlandıracaq.


Movqe.az-ın məlumatına görə, bu barədə RİA Novosti Kremldəki mənbəyə istinadən məlumat verir.


O qeyd edib ki, yaxın günlərdə məsələ ilə bağlı telefon danışığı olacaq.