"Kəpəz" Avropa Liqasında mübarizəyə başlayır

28 İyun 2016 11:00 (UTC+04:00)

Azərbaycan avrokuboklarda 2016/17 mövsümündə mübarizəyə başlayacaq. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, yeni mövsümdə debüt "Kəpəz"lə olacaq. Şahin Diniyevin rəhbərlik etdiyi komandanın Avropa Liqasının ilk təsnifat mərhələsində rəqibi Molodvanın vitse-çempionu "Daçiya"dır. Gəncə təmsilçisi avrokuboklarda digər iştirakçılarımız olan "Qəbələ", "Neftçi" və "Qarabağ"dan tez mübarizəyə start götürəcək. Bu, Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da gerçəkləşəcək. "Qəbələ" ilə "Neftçi" turnirdə ilk mərhələ matçlarını iyunun 30-da keçirəcəklər. "Qəbələ" həmin gün Bakıda Gürcüstanın "Samtredia" klubunu qəbul edəcəksə, "Neftçi" Maltada yerli "Baltsan"ın qonağı olacaq. Çempionlar Liqasında mübarizəyə yenə ikicni təsnifat mərhələsindən qoşulacaq "Qarabağ" iyulun 13-də Lüksemburqun "Düdelanj" klubunu qonaq edəcək.


Avropa Liqası, I təsnifat mərhələsi


20:00. "Kəpəz" (Azərbaycan) - "Daçiya" (Moldova)


Baş hakim: Aleksander Qauzer


Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov


Dördüncü hakim: Daniyar Sakhi (hamısı Qazaxıstan)


UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)


Hakim-inspektor: Aleh Chykun (Belarus)


Mərdəkan. "Dalğa Arena" stadionu