Bağdadda məscid yaxınlığında partlayış: 12 ölü, xeyli yaralı var - YENİLƏNİB

28 İyun 2016 11:22 (UTC+04:00)

Bağdadın Əbu Qureyb şəhərində terrorçu-kamikadze məscidi partladıb.

 

Movqe.az Röyter-ə istinadən xəbər verir ki, insident nəticəsində 12 nəfər dünyasını dəyişib, 32 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

İraq rəsmilərinin məlumatına görə, terror aktı sünnilərin ramazan namazı zamanı reallaşdırılıb.

 

Heç bir terror təşkilatı insidentin məsuliyyətini öz üzərinə götürməyib.