10 yaşlı oğlan kanalda boğulub - Tovuzda

28 İyun 2016 12:00 (UTC+04:00)

Tovuz rayonunda uşaq su kanalında boğulub. Movqe.az-ın apa-ya istinadən veridyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 2006-ci il təvəllüdlü Vahid Vidadi oğlu Quliyev kənd ərazisində olan su kanalına düşüb. Sudan çıxarılan azyaşlı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.