Türkiyədə yenə partlayış - yaralılar var

28 İyun 2016 12:22 (UTC+04:00)

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib. Movqe.az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış magistral yolların birində hərbi karvanın hərəkəti zamanı törədilib.


İlkin məlumata görə, 3 hərbçi yaralanıb.


Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.