Buffon: "Yaş səbəbindən bəzi qapıçılarla rəqabət apara bilmirəm"

28 İyun 2016 12:52 (UTC+04:00)

İtaliya millisinin kapitanı Canluici Buffon Avropa çempionatının 1/4 finalında Almaniya ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, təcrübəli qolkiper bunları deyib:


"Mən sayıqlığı əldən verməməliyəm. Yoxsa bir anda komanda yoldaşlarımın zəhmətinin üzərindən xətt çəkmiş olaram. İtaliya millisində ulduz yoxdur. Amma meydanda var gücü ilə mübarizə aparmağa hazır olan, istəkli futbolçular var. Bizi dəstəkləyən azarkeşləri məyus etməməyə çalışırıq.


Əlbəttə, Noyer məndən daha güclüdür. O, məndən gəncdir. Yaş səbəbindən bəzi qapıçılarla rəqabət apara bilmirəm. Amma İtaliya və "Juventus"un qapısını qoruyanda bacardığımı edirəm. Almaniya? Onlar kağız üzərində bizdən güclüdür. Hər şeyi oyun göstərəcək".