ATƏT-in baş katibi: Qarabağ münaqişəsinin həlli üçün mövcud danışıqlar formatından tam istifadə etmək lazımdır

28 İyun 2016 13:00 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mövcud danışıqlar formatından tam istifadə etmək lazımdır.


Movqe.az-ın məlumatına görə, bunu ATƏT-in baş katibi Lamberto Zanyer Vyanada təhlükəsizlik sahəsində problemin icmalı üzrə illik konfransda deyib.


Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu yaxınlarda baş vermiş toqquşmalar ciddi narahatlıq doğurur: "Münaqişənin nizamlanmasında irəliləyiş lazımdır. ATƏT-in bu məsələdə güclü iştirakı sabitləşdirici rol oynaya bilər"./trend/