DGK: Azərbaycan-Rusiya sərhədində avtomobillərin buraxılışı ilə bağlı problem yoxdur

28 İyun 2016 13:30 (UTC+04:00)

Azərbaycan-Rusiya sərhədində yüngül minik nəqliyyat vasitələrinin buraxılışı ilə bağlı problem müşahidə olunmur.


Movqe.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildiriblər.


Komitədən bildiriblər ki, hazırda sərhəddə avtomobil nəqliyyatı vasitələrinin buraxılışı ilə bağlı heç bir problem müşahidə olunmur: "Ötən gün Rusiya tərəfdən yaranmış texniki problem qısa müddət ərzində aradan qaldlırılıb".


Qeyd edək ki, Rusiya KİV-in şahidlərə istinadən verdiyi məlumata görə, ötən gün Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində kompüter şəbəkəsində yaranmış nasazlıq səbəbindən avtomobillərin növbəsi yaranıb.