Rəqsanədən ani qərar - Nişan niyə təxirə düşdü? - AÇIQLAMA

28 İyun 2016 13:38 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın bu günə təyin olunan nişanı təxirə düşüb. Movqe.az xəbər verir ki, bu barədə Lent.az-a ifaçının yaxınlarından biri bildirib. Məlumata görə, A. İsmayılovanın nişanı avqust ayına qalıb. 

 

R.İsmayılova isə nişanın niyə gecikdiyi barədə hələlik heç bir açıqlama vermək niyyətində olmadığını bildirib və bu gün qızı Yağmurun ad gününü paytaxt məkanlarının birində qeyd edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, R. İsmayılova bir müddət öncə axsam.az-a açıqlamasında qızının nişanının iyunun 28-də olacağını söyləmişdi: ""Hə" verilib, indi nişana hazırlaşırıq. Nişanı balaca qızım Yağmurun ad günündə edəcəm, yəni iyunun 28-də. Üzüklər həmin gün taxılacaq. Oğlan Türkiyə vətəndaşıdır və orada yaşayır, amma nişanı Bakıda edəcəyik".