Dani Alveş: "Lebron Ceymsin şərəfinə 23 nömrəni seçdim"

28 İyun 2016 14:00 (UTC+04:00)

Dani Alveş ötən gün "Juventus"la 3 illik müqaviləyə imza atıb. O, Turin klubuna azad agent kimi keçib. 2008-2016-cı illərdə "Barcelona"nın şərəfini qoruyan braziliyalı müdafiəçi iyunun 28-də keçirilən mətbuat konfransında medianın qarşısına çıxıb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Alveş "qoca senyora"nın ÇL-da qalib gəlməsi üçün əlindən gələni edəcəyini söyləyib.


"Burda olmaq şərəfdir. "Juventus"un böyük arzusu var, onun reallaşmasına kömək etmək istəyirəm. Klub Çempionlar Liqasında qalib olmaq istəyir. "Juve"nin tarixi məni heyran edir. Başqa ölkələrdən də təkliflər almışdım. Amma "Juventus"da tapşırıq və hədəflər maraqlıdır. Burda tarixə keçmək üçün yaxşı şərait var. Lebron Ceymsin şərəfinə 23 nömrəli futbolkanı seçdim. Mən asan yol axtaranlardan deyiləm. Ulduz da deyiləm. Əsl zəhmətkeşəm.


"Barcelona"da inanılmaz günlərim keçdi. Heç nə Messinin böyüklüyün azaltmaz. Leo futbol üçün əhəmiyyətini başa düşür.