"Kəpəz"dən azarkeşlərə jest

28 İyun 2016 14:09 (UTC+04:00)

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Kəpəz"in Moldova "Daçiya"sı ilə oyununda azarkeşlər üçün bir sıra şərait yaradılıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, bu oyunu izləməyə gələn və oruc tutanların iftarı üçün şərait yaradılacaq. Oruc tutanlar A və B sektorlarında su və xurma ilə təmin olunacaq.Bundan əlavə, Mərdəkana yollanacaq azarkeşlərin rahat şəkildə geri qayıtmağını təmin etmək məqsədilə 141 saylı marşrut avtobusunun iş qrafiki uzadılıb. Gəncə klubunun xahişi ilə 141 saylı marşrut xətti üzrə avtobuslar "Neftçilər" metrostansiyasının yanından Mərdəkan qəsəbəsinə gecə saat 23:00-na kimi işləyəcək.