Avropa Parlamenti Britaniyanı Aİ-dən tez çıxmağa çağırır

28 İyun 2016 14:32 (UTC+04:00)

Avropa Parlamenti (AP) Avropa İttifaqını (Aİ) Böyük Britaniyanı bu qurumdan çıxmağını rəsmiləşdirməsi üçün Lissabon müqaviləsinin 50-ci maddəsini təxirə salmadan reallaşdırmağa çağırıb. Movqe.az bildirir ki, belə çağırış AP-nin qətnamə layihəsində yer alıb.Bu sənəd AP-nin Brüsseldə keçiriləcək təcili sessiyasında qəbul olunacaq.Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Aİ-nin istənilən üzv ölkəsi qurumun sıralarını tərk etmək hüququna malikdir. Bu prosedurun başlanması üçün həmin ölkə Brüsseli rəsmi olaraq xəbərdar etməlidir ki, danışıqlar prosesi başlasın.Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib./trend/