Rusiya prezidentinin təhlükəsizlik xidmətinə yeni rəis təyin olunub

28 İyun 2016 15:10 (UTC+04:00)

Rusiya prezidentinin təhlükəsizlik xidmətinə yeni rəis təyin olunub.

 

Movqe.az-ın məlumatına görə, bu barədə "İnterfaks" Rusiya prezidentinin mətbuat xidməti Dmitri Peskova istinadən xəbər yayıb.

 

Bildirilir ki, bu vəzifəyə general-mayor Aleksey Rubejnoy təyin edilib.  

 

Xatırladaq ki, bu vəzifəni icra edən Dmitri Koçnev bu ilin may ayında Rusiya Federal Mühafizə Xidmətinin rəisi təyin olunub.