UEFA Cüneyt Çakırı evə göndərdi

28 İyun 2016 15:50 (UTC+04:00)

AVRO-2016-nın finalını idarə etməyə namizədlərdən biri kimi göstərilən Cüneyt Çakır evinə qayıdır. Movqe.az goal.az-a istinadən xəbər verir ki, türkiyəli referinin göndərilməsinə əsas səbəb kimi 2016 Rio Olimpiadasına gedəcəyi göstərilib. Onun Avropa çempionatında son idarə etdiyi qarşılaşma İtaliya - İspaniya (2:0) matçı oldu. Bu matçdan sonr, xüsusilə ispan mətbuatı onun bəzi qərarlarına etiraz etmişdi. Çakırdan başqa Şimon Marçinyak (Polşa), Karlos Velasko Karbalyo (İspaniya), Martin Atkinson (İngiltərə) də Fransadan vətəninə yollanıb.