SOCAR-ın daxili borcu 1 milyard dolları ötüb

28 İyun 2016 17:10 (UTC+04:00)

SOCAR-ın daxili borcu 1,095 milyard dollardır.

Movqe.az-ın məlumatına görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda QHT nümayəndələri ilə görüşdə deyib.


Onun sözlərinə görə, SOCAR-ın konsolidə edilmiş borcu 6,3 milyard dollar və ya təqribən 9,4 milyon manatdır.