Günün qoroskopu: kiminsə qapısını döyə bilərsiniz

29 İyun 2016 09:52 (UTC+04:00)

Qoç - günün birinci yarısı daha çox təklikdə oturub düşüncələrə dalmaq, yaxud yenə də təklikdə işləmək üçün daha uyğundur. Yaxşı olar ki, təmasların sayı azaldılsın, iş görüşləri isə təxirə salınsın. Tərəfdaşlar və iş ortaqları ilə fikir ayrılıqları və hətta mübahisələr mümkündür.


Buğa - mənasız bir məsələ üstündə hər iki tərəfə böyük faydası olan əlaqələr qırıla bilər. Şəxsi həyatda isə vəziyyət daha yaxşıdır. Burada yalançı problemlər, incikliklər, anlaşılmazlıqlar, demək olar ki, yoxdur. Axşamı maliyyə məsələlərinin həllinə, ailə tədbirlərinin planlaşdırılmasına həsr etmək olar.


Əkizlər - romantik görüşlər, dostlarla bir yerə toplaşmaq, ziyafətlərdə  iştirak üçün əsl məqamdır. Faydalı bir məlumat ala bilərsiniz. Yeni bilikləri tez qavrayırsınız. Əşyalara, hadisələrə qeyri-adi yanaşma tərzi tələb edən işlərdə irəliləyiş əldə edə bilərsiniz.


Xərçəng - təəssüf ki, əzizlərinizlə fikir ayrılıqları yaşaya bilərsiniz. Sizin hərəkətləriniz orijinal, bəzən hətta ekstravaqantdır və onları hamı təqdir etmir. Tənqidlərə ironiya ilə cavab verməyin, yoxsa münaqişədən qaçmaq çətin olacaq. Yumor hissini də bu gün unutmayın, o sizi çox çətin vəziyyətlərdən çıxara bilər.


Şir -  bir çox problemləri həll edə biləcəksiniz, çünki onlara necə yanaşmaq lazım olduğunu bilirsiniz. İntuisiyanıza çox sağ ol deyin, bu gün o pik həddindədir. Yaxın bir adamla aranızda olan fikir ayrılıqlarına bu gün son qoya, sönmüş eşqinizi yenidən alovlandıra, küsdüklərinizlə barışa bilərsiniz. Əsas məsələ odur ki, bu gün nə istədiyinizi yaxşı bilir və məhz onun yerinə yetirilməsi üçün çalışırsınız.


Qız - səfərlərdə çətinlikləriniz ortaya çıxa bilər: sənədlərlə bağlı anlaşılmazlıqlar, yaxud da harayasa gecikməniz mümkündür. Buna müdrikcəsinə yanaşmağa çalışın. Tələsməyin, hər şeyə vaxtınız çatacaq.


Tərəzi - o qədər də yaxşı gün deyil. Səhər ətrafınızdakılarla qovğa edəcək, mübahisələri ürəyinizə salacaqsınız. Bir çox Tərəzilər bu gün yaman küsəyəndirlər. Yaxınları isə bunun fərqinə varanda artıq iş işdən keçmiş olacaq. Sevgililər arasında mübahisələr çox xırda məsələlər üstündə yaranır.


Əqrəb - bürcün bir çox nümayəndələri bu gün yaxşıca qazana, maliyyə vəziyyətlərini qaydaya sala bilərlər. Digərləri isə uğurlu alış-veriş edəcək, sərfəli sövdələşmələr bağlayacaqlar.


Oxatan - yaxınlarınız sürəkli olaraq kömək üçün sizə müraciət edəcəklər. Axşamı başqalarına kömək etməyə, xeyriyyəçiliyə həsr edə bilərsiniz. İntuitiv olaraq kimin nəyə ehtiyacı olduğunu, gizli arzuları və dilə gətirilməyən istəkləri hiss edirsiniz. Çox əziz saydığınız biriylə asan dil tapırsınız.


Oğlaq - gün daha çox zehni əmək üçün yaxşıdır. Vacib məsələlər barədə fikirləşə, ciddi danışıqlar apara bilərsiniz. Heç bir detalı gözdən qaçırmayacaq, bütün lazımi amilləri nəzərə ala biləcəksiniz. Bu dövrdə verdiyiniz bütün məsləhətlər faydalı olacaq. 


Dolça - əvvəlcədən tutduğunuz plana riayət etsəniz, yaxşı olar. Belə halda, gərəksiz həyəcanlardan qurtula bilərsiniz. İdmanla, aktiv istirahətlə, fiziki işlə məşğul olmaq üçün yaxşı gündür. Qonaq qəbul edə, yaxud özünüz kiminsə qapısını döyə bilərsiniz - istənilən halda, vaxtınızı gözəl keçirəcəksiniz. 


Balıqlar - intuisiyanız çox güclüdür, onun sayəsində düzgün qərarlar qəbul edir, sizin üçün qurulmuş tələlərdən qaça bilirsiniz. Eksperiment edə, yeni işlərə başlaya bilərsiniz. Kütlə qarşısında çıxışlar əla alınır, ziyafətlərdə diqqətdən kənarda qalmayacaqsınız.

Milli.Az