Xəzər dənizində zəlzələ baş verib

29 İyun 2016 10:00 (UTC+04:00)

İynun 29-da yerli vaxtla saat 04:36:36-da Xəzər dənizində zəlzələ qeydə alınıb.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, 3.2 maqnitudalı zəlzələ hiss olunmayıb. Zəlzələ 60 km dərinlikdə baş verib./apa/