Ebru və Sinan dördüncü dəfə ayrıldı

29 İyun 2016 10:50 (UTC+04:00)

İki ildir birlikdə olan model Ebru Şallı və müğənni Sinan Akçıl yenidən ayrılıb.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sevgililər 4-cü dəfə münasibətlərini bitirmək qərarına gəliblər. Onların 20 gün əvvəl ayrıldıqları, Ebrunun buna görə Bodrum tətilinə dostları ilə getdiyi deyilir.


Akçılın Ebruya xəyanət etdiyi, modelin isə onu bağışlamaq niyyətində olmadığı bildirilir.