İllik qiymətləri "2" olan məzunlar üçün buraxılış imtahanı keçiriləcək

29 İyun 2016 11:50 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən "2" almış məzunlar üçün buraxılış imtahanı keçirəcək.


Bu barədə Movqe.az-a komissiyadan məlumat verilib.


İmtahanda ümumtəhsil müəssisələrində əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən "2" almış və ya eksternat qaydada təhsil almış şəxslərlə yanaşı, üzrlü səbəblərdən buraxılış imtahanında iştirak etməmiş cari ilin məzunları da iştirak edəcəklər.


İmtahanlar iyulun 5-də olacaq.