Rusiyalı məşhur müğənni: "Azərbaycanlı kişi üçün ən əsas amil..."

29 İyun 2016 12:17 (UTC+04:00)

Dünya şöhrətli rusiyalı opera ifaçısı Anna Netrebko xarici KİV-ə müsahibə verib. O, əri Yusif Eyvazov və Azərbaycan haqda da danışıb.

 

Movqe.az-ın məlumatına görə, Netrebko bildirib ki, Yusifə ərə getdiyinə görə, çox xoşbəxtdir. "Mənim ərim azərbaycanlıdır. Azərbaycanlı ailə başçıları isə dünyada ən yaxşılardır. Azərbaycanlı kişi üçün ailə dünyada ən əsas amildir. Mən Yusifə inanıram, ona güvənirəm, çünki çox etibarlıdır".

 

Netrebko Yusifin onun necə deyərlər, "hə"sini almağını da xatırlayır. O deyib ki, Yusif əvvəlcə onun atasına müraciət edib: "Atama dedi ki, hörmətli Yuri Nikolayeviç! Mən onu bütün qəlbimlə sevirəm. Mən ömrümün qalan hissəsini onunla keçirmək və onu dünyanın ən xoşbəxt qadını etmək istəyirəm. Yuri Nikolayeviç, sizə söz verirəm ki, bunu edəcəm!".

 

Məşhur müğənni tez-tez Azərbaycanda olduğunu da deyir: "Azərbaycana gedəndə yeməkdən əl çəkə bilmirəm. Çox dadlı və rəngarəng mətbəxləri var. Demək olar ki, hər şeyi yeyirəm. Azərbaycanlıların bişirdiyi dolmanın isə dünyada əvəzi yoxdur. Onlar dolmanın ətinə demək olar ki, düyü vurmurlar. Əgər siz səhər soyuducudan boyat dolma tapıb yesəz, onun dadından doymayacaqsınız"./lent.az/