Azərbaycanda dializ xəstələrinin ölüm sayı açıqlandı-Özəl

29 İyun 2016 12:28 (UTC+04:00)
"Azərbaycanda son bir ildə 606 dializ xəstəsi dünyasını dəyişib". Bu sözləri Movqe.az-a açıqlamasında M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev söyləyib. F. Babayev bildirib ki, dünyasını dəyişən dializ xəstələrinin əksəriyyəti yaşlı insanlardır: "Çünki, onlarda ölüm faktı başqa xəstəliklərin ağırlaşması üzündən baş verir. Əsasən dünyasını dəyişən dializ xəstələri yaşlı insanlardır". Şöbə müdiri Yaponiyada dializ xəstələrinin illik ölüm faktının Azərbaycanla müqayisədə 1,5 dəfə çox olduğunu söyləyib.