Putin İstanbuldakı terror aktı ilə bağlı danışıb

29 İyun 2016 13:22 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktına görə türk xalqının dərdinə şərik olduğunu bildirib.


Movqe.az-ın verdiyi məlumata görə, V.Putin bunu rusiyalı və alman məktəbliləri ilə görüşdə deyib.


Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir./trend/