Almaniya XİN: Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır

29 İyun 2016 14:40 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır. Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.


Onun sözlərinə görə, Almaniya ATƏT-də sədrliyi dövründə bu təhlükəni aradan qaldırmaq üzrə məsuliyyət daşıyır.


Diplomat təhlükənin barışığın konsolidasiya edilməsi, etimad tədbirlərinin yaradılması və danışıqların tezliklə başlanılması yolu ilə aradan qaldırılmasını mümkün hesab edir.